28 May - Respublika Günü Lənkəranda qeyd olunub (FOTO)

28 May - Respublika Günü Lənkəranda qeyd olunub (FOTO)

Bakı. Trend:

28 May - Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub.

Trend xəbər verir ki, “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın aparıcı televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarının əməkdaşları 28 May - Respublika Gününə həsr olunmuş sərgilərdə iştirak ediblər, Lənkəranın mədəni-tarixi obyektlərini ziyarət ediblər.

Əvvəlcə Jurnalist Klubunun üzvləri Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkını ziyarət ediblər. Parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edən jurnalistlər burada gənc rəssamların “28 May - Respublika Günü”nə həsr olunmuş sərgisi ilə tanış olublar.

Media nümayəndələri Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və faəliyyətinə həsr olunmuş fotostendlərlə tanış olublar. Sonra media təmsilçiləri şəhərin giriş hissəsində qurulmuş Bayraq Meydanını ziyarət ediblər. Burada ucaldılan bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

Postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanda həmçinin, Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb.

Respublika Gününə həsr olunmuş digər rəsm sərgisi isə Lənkəran Mədəniyyət Mərkəzində təşkil edilib. Jurnalistlər Mərkəzin üzvü olan uşaqların Azərbaycanın dövlət atributlarını əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Mərkəzin direktoru Hafiz Mirzə bildirib ki, burada yaradılmış 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələr qeyd edilir. H.Mirzə deyib ki, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində media təmsilçiləri Lənkəranın bir sıra tarixi yerlərini də ziyarət ediblər. Bunlardan biri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi olub. Hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb.

Jurnalistlər həmçinin, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkərandakı abidəsini ziyarət edib, ev-muzeyi ilə tanış olublar.

“Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun üzvləri rayonla tanışlıq çərçivəsində Hirkan milli parkında da olublar. Jurnalistlərə məlumat verilib ki, parkı yaratmaqda əsas məqsəd yaş subtropiklərin landşaftını, o cümlədən qədimdən qalan və endemik bitki növlərini qorumaqdır. Azərbaycan ərazisində yayılmış ağac və kolların 435 növündən 150-si, o cümlədən Azərbaycanın “Qırmızı kitabına” salınmış dəmirağac, Hirkan şümşadı, şabalıdyarpaqlı palıd, əncir, Hirkan armudu, Lənkəran güləbrişini, Qafqaz xurması, qızılağac və başqa ağaclar Hirkan meşələrində bitir.

Rayonda kənd təsərrüfatı sahəsinin inkişafı ilə tanışlıq çərçivəsində jurnalistlər “Yaşıl çay” fermer təsərufatında çay plantasiyasında da olublar. Təsərrüfatın rəhbəri Araz Yağubov media nümayəndələrinə məlumat verib ki, plantasiyalardan yığılan yaşıl çay yarpağı təsərrüfatın nəzdindəki emal sexində bir neçə istehsal prosesindən keçərək qablaşdırılır. O bildirib ki, təsərrüfatın 61 hektar ərazisində çay plantasiyası salınıb, bu il daha 10 hektarda yeni əkin sahələri salınacaq.

A.Yağubov qeyd edib ki, çay sahələri hələ cavandır, kollarda tam məhsuldarlığa bir neçə ildən sonra nail olunacaq: “Bu da növbəti illərdə bizə çay istehsalını dəfələrlə artırmağa imkan verəcək”.

Səfərin sonunda isə jurnalistlərin Lənkərandan millət vəkili seçilmiş, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşü keçirilib. 28 May - Respublika Günü münasibətilə media nümayəndələrinin Lənkəran şəhərinə səfərini çox təqdirəlayiq hesab edən H.Rəcəbli 28 May təqviminin tariximizdə xüsusi yerinin olduğunu bildirib. Görüş zamanı parlamentin komitə sədri Lənkəranın tarixi, coğrafi mövqeyi, bu bölgənin respublika iqtisadiyyatında rolu haqqında geniş məlumat verib.

Hazırda ölkədə islahatların növbəti mərhələsinin həyata keçirildiyini deyən H.Rəcəbli bu islahatların müxtəlif sahələri əhatə etdiyini qeyd edib. Onun sözlərinə görə, sosial-iqtisadi sahə ilə yanaşı, hüquqi sahədə də islahatlar davam edir: “Xüsusilə, qeyri-neft sektorunun inkişafı yönündə mühüm addımlar atılır. Bu sektorun inkişafı üçün ölkəmizin kifayət qədər potensialı var. Hazırda dövlət başçısının müvafiq qərarları əsasında respublikanın müxtəlif bölgələrində sənaye zonaları, məhəllələri, texnoparklar yaradılır. Bununla yanaşı, Azərbaycanda aqrar sahənin də böyük potensialı var. Ona görə də, bu gün kənd təsərrüfatının inkişafı, yerli məhsulların emalı istiqamətində zəruri addımlar atılır”.

H.Rəcəbli əlavə edib ki, qeyri-neft sektorunda turizm də mühüm yer tutur. O bildirib ki, artıq Azərbaycanda bu sahədə xeyli işlər görülüb və bunun nəticəsində də son illər ölkəmizə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, millət vəkili hesab edir ki, ölkəmizdə bu sahənin inkişafı üçün də daha böyük potensial var. Çünki turizmin inkişafı üçün ölkədə bütün şərtlər mövcuddur. Həm təbiət, həm iqlim, həm də tarixi-mədəni abidələrin zənginliyi baxımından Azərbaycan digər turizm ölkələrindən heç də geri qalmır.

Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO)
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addım
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qidanın mənimsənilməsi və digər qanun pozunutuları aşkarlanıb
AQTA sədri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib (FOTO)
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə bu ölkəyə məhsul ixracına icazə verib
Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)
Teledərslərin mayın 19-na olan cədvəli
Könül Nurullayeva AŞPA-nın komitə iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb (FOTO/VİDEO)
AzTV-nin verilişi Laçından yayımlanacaq (VİDEO)
Ruşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Bütün xəbərlər