...

Cərrahların, sürücülərın və... NƏZƏRİNƏ - İşsiz qala bilərsiniz

Cəmiyyət Materials 1 İyun 2017 21:45 (UTC +04:00)
Bir qrup britaniyalı və amerikalı alim süni intellektin insan bacarıqlarını nə zaman üstələyəcəyi barədə təhlil aparıb
Cərrahların, sürücülərın və... NƏZƏRİNƏ - İşsiz qala bilərsiniz

Bakı. Trend:

Bir qrup britaniyalı və amerikalı alim süni intellektin insan bacarıqlarını nə zaman üstələyəcəyi barədə təhlil aparıb.

Trend-in məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində artıq insanı əvəz edə biləcək.

2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilədək mağaza satıcıları süni intellektlə əvəz olunacaq.

Bundan başqa, yazıçılara 2049-cu ildə, cərrahlara 2053-cü ildə ehtiyac qalmayacaq.

Mütəxəssislərin proqnozlarına görə, 120 ildən sonra bütün sahələrdə kompüterlər insanı əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti