...

Binəqədi RİH qəsəbə sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 12 İyun 2017 18:16 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Binəqədi RİH qəsəbə sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən 115 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Görüşü X.İsgəndərov açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

X.İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti