• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)

24 İyul 2017 10:43 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağını açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb.

Natiq bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 2 rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılıb, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılıb, yaşıl çəmən örtüyü salınıb, tamet daşı düzülüb, 195 kv.m asfalt örtüyü çəkilmiş və müxtəlif növ bəzək kolları əkilib. Hamımıza məlumdur ki, rayonumuzda ciddi narazıçılıq doğuran məslələrdən biri də yağış zamanı drenaj sistemini olmaması səbəbindən Binəqədi şossesində güclü su basmaların əmələ gəlməsi idi. Artıq Prezident İlham Əliyevin tapşırığına və sərancamına uyğun olaraq, yağış sularınım ötürülməsi üçün drenaj sisteminin quraşdırılması işi artıq başa catmaq üzrədir. Şossenin 4-cü qapı adlanan hissəsində lahiyə smeta işləri artıq başa çatıb və bu yaxınlarda orda da drenaj sistemini quraşdırlması işinə başlanılacaq. Bütün bu işlər tamamlandıqdan sonra isə “Azəravtoyol” ASC tərfindən yolun yenidən çəkilməsi və asfaltlanması işləri həyata keçiriləcək.

Həmçinin, "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Yolun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Ekologiya və təbii sərvətlər departamentinin direktoru Əlişah Rəcəbov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ikinci rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə ediblər. Sonra Şura iclasının qərar layihəsi oxunmuşdur.

İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb.

Natiq bildirib ki, biz də öz növbəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş yığıncaq keçirilib (FOTO)
  • Məqalədə:
  • Binəqədi rayon İcra Hakimiyyəti
Digər xəbərlər
"ASAN könüllüləri"nin növbəti qrupu Binəqədi İH-də təcrübə keçir (FOTO)
Cəmiyyət 25 İyul 2017 14:50
Binəqədinin balaca fidanları şəhid anasını doğum günü münasibətilə təbrik etdilər (FOTO)
Cəmiyyət 2 Sentyabr 2016 12:12
“Bir ovuc yem” təqdim olunub (FOTO)
Cəmiyyət 26 Avqust 2016 14:47
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib (FOTO)
Cəmiyyət 26 May 2016 17:43
Binəqədidə faşizm üzərində qələbənin 71 illiyi qeyd edilib (FOTO)
Cəmiyyət 7 May 2016 16:10
Xəbər lenti
Karateçilərimiz İtaliyada Premyer Liqa turnirində 4-cü medalını qazanıb (FOTO)
İdman 17:30
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Siyasət 16:43
Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq
Dünya xəbərləri 16:02
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Gündəm 15:20
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
Dünya xəbərləri 14:42
Masallıda zəlzələ baş verib
Hadisə 14:07
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Hadisə 13:29
Sabah hava necə olacaq?
Gündəm 13:12
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri