...

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 24 İyul 2017 13:52 (UTC +04:00)
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan yay məktəbinin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.
Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək (FOTO)

Bakı. Trend:

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan yay məktəbinin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yay məktəbindəki boş yerlər üçün qeydiyyat iyulun 11-dən 20-dək aparılıb. Yeddinci və səkkizinci sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun soasil səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.

Nəticələrə əsasən, ümumilikdə yay məktəbində avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinin iyulun 3-də açılışı olub. Hazırda yay məktəbində V-VI sinif şagirdləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti