...

Mətbuat Şurasında Türk dünyası Sənədli Filmlər Festivalı ətrafında fikir mübadiləsi aparılıb (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2017 18:19 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.
Mətbuat Şurasında Türk dünyası Sənədli Filmlər Festivalı ətrafında fikir mübadiləsi aparılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Şuradan Trend-ə verilən məlumata görə, Mətbuat Şurasında keçirilmiş görüşdə Türk dünyası Sənədli Filmlər Festivalı ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türk dünyası Sənədli Filmlər Festivalı Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən həyata keçirilən təşəbbüsdür, qurumun rəhbəri M.Dəmir eyni zamanda festivalın Təşkilat Komitəsinin də sədridir. Mətbuat Şurası və Bakı Dövlət Universiteti isə bu tədbirin Azərbaycan üzrə tərəfdaşlarıdır.

Festivala 7 türk dövlətindən və ayrı-ayrı türk toplumlarından sənədli filmlər qəbul edilib. Mövcud xüsusda müzakirələrin aparıldığı görüşdə M.Dəmir məlumat verib ki, bu il sentyabrın 30-da İstanbulda festivala təqdim olunmuş filmlərə baxış keçiriləcək və qaliblərin adları açıqlanacaq. Bundan sonra Qazaxıstanda, Qırğızıstanda, Şimali Kipr Türk Cümhuriyyətində və Makedoniyada laureat filmlərin nümayişi reallaşdırılacaq. Azərbaycanda da eyni prosesin oktyabrın 13-14-ü tarixlərində gerçəkləşdirilməsi nəzərdə tutulur.

Ə.Amaşov Türk dünyası Sənədli Filmlər Festivalının önəmindən söz açıb. O bildirib ki, bu ideya dil, din, məişət, adət-ənənə yaxınlığı olan türk toplumlarının bir-birilərinə daha sıx inteqrasiyası baxımından mühüm addımdır və Şura təşəbbüsə daim dəstək göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti