...

Həftənin ilk iş günü hava yağmursuz olacaq

Cəmiyyət Materials 27 Avqust 2017 12:45 (UTC +04:00)
Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.
Həftənin ilk iş günü hava yağmursuz olacaq

Bakı. Trend:

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi mülayim gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 21-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti