...

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 02:09 (UTC +04:00)
Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilib.
Lütfi Zadənin cənazəsi Bakıya gətirilib (FOTO)

Bakı. Trend:

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilib.

Trend-in məlumatına görə, sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

Xəbər lenti

Xəbər lenti