...

Komitə sədri: Zorakılığa məruz qalan qadınlar sərbəst müvafiq orqanlara müraciət edirlər

Cəmiyyət Materials 4 Oktyabr 2017 11:52 (UTC +04:00)
Bu gün zorakılığa məruz qalan qadınlar sərbəst şəkildə müvafiq orqanlara müraciət edirlər.
Komitə sədri: Zorakılığa məruz qalan qadınlar sərbəst müvafiq orqanlara müraciət edirlər

Bakı. İlhamə İsabalayeva – Trend:

Vaxt var idi ki, zorakılığa məruz qalan qadınlar qorxudan səslərini çıxarmırdılar, lakin bu gün həmin qadınlar sərbəst şəkildə müvafiq orqanlara müraciət edirlər.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, zorakılıq hallarının aşkarlanması üçün cəmiyyət aktiv olmalıdır: "Bu gün bir çoxları "qonşuda baş verənlərin mənə aidiyyatı yoxdur" deyə fikirləşirlər. Ancaq bu, səhv düşüncədir. Belə məsələlər bütün cəmiyyətin problemidir".

H.Hüseynova hesab edir ki, zorakılıqla bağlı elektron məlumat bankının yaranması cəmiyyətin bu sahə üzrə fəallığının artmasına təsir göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti