...

Niderland mediasında Azərbaycan haqqında məqalə dərc olunub

Cəmiyyət Materials 9 Oktyabr 2017 15:58 (UTC +04:00)

Bakı. Trend:

Niderland mətbuatında bu ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovun ölkəmizin turizm imkanları barədə məqaləsi dərc olunub.

“Azərbaycan odlar ölkəsidir” – bu sözlərlə başlayan yazının girişində ölkəmizlə bağlı qısa məlumat verilərək 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətindən söhbət açılıb, bunun bütün müsəlman dünyasında ilk demokratik respublika olduğu və 1920-ci ildə sovet qoşunları tərəfindən işğal edildiyi qeyd olunub. 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması və hazırda Azərbaycan torpaqlarının 20%-nin Ermənistan işğalı altında olması da oxucuların diqqətinə çatdırılıb.

Yazıda Bakı hava limanından başlayaraq ölkəmizdə avtomobil kirayəsinin qiymətlərinə qədər müxtəlif mövzulardan söhbət açılıb. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat Muzeyindən bəhs edən soydaşımız İçərişəhərin, Qala divarlarının, milli mətbəximizin, qonaqpərvərliyimizin və s. hər zaman xarici turistlərin diqqətini cəlb etdiyini qeyd edib:

“Son vaxtlarda Azərbaycanda "Eurovision", Formula 1 kimi bir çox beynəxlaq tədbirlər keçirilib və keçrilməkdə davam edir. Bu isə öz növbəsində ölkəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olub. Azərbaycanda hər addımda gözə dəyən ərəb turistlərlə yanaşı, çoxsaylı Qərb ölkələri turistlərinə də rast gəlinir. Şəxsən mən özüm təsadüfən iki niderlandlı turistlə rastlaşdım və söhbət etdim”.

Yazıda eyni zamanda Azərbaycanın təbiətindən: dağlarından, meşələrindən, çaylarından və s. söhbət açılıb. Soydaşımız Şəki və Qax rayonlarına səfərindən söhbət açaraq bu yerlərin hər bir turisti valeh edəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti