...

Rusiyada dabaq HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

Cəmiyyət Materials 16 Oktyabr 2017 07:45 (UTC +04:00)
DBNX Başqırdıstanda qoyunlar arasında aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçə bilmə ehtimallarına aydınlıq gətirib.
Rusiyada dabaq HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçə bilmə ehtimallarına aydınlıq gətirib.

DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Trend-ə açıqlamasında aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan Başqırdıstandan heç bir heyvan və heyvan mənşəli məhsul idxal etmir: "Buna görə də ölkəmiz üçün narahatlıq yoxdur. Azərbaycanda dabaq xəstəliyi ilə əlaqədar epizootik vəziyyət normaldır. Heyvanlar arasında da yaz və payız peyvəndləri həyata keçirilib".

Qeyd edək ki, Başqırdıstanın bir neçə kəndində qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb.

İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.

Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti