Bakı. Trend:
Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin evi" (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına hekayə müsabiqəsini elan edir.
Qaydalar və şərtlər:
- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;
- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;
- Çap olunmuş hekayələr qəbul edilmir;
-Hekayələr elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.
Mükafatlar:
I yer: 3000 Azn II yer: 2000 Azn (iki mükafat) III yer: 1000 Azn (üç mükafat)
Qaliblər xalq yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində "Ədibin Evi"ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.
Əlaqə: +99450 254 12 17 / [email protected] / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı