...

Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq

Cəmiyyət Materials 26 Oktyabr 2017 16:57 (UTC +04:00)
Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı və valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.natamam, aztəminatlı, çoxuşaqlı, valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.
Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı və valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, dövlət tərəfindən himayədarlıq qayğısı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi, uşaqlı ailələrə verilən müavinət sisteminin təkmilləşdirilməsi 2018-2021-ci illər ərzində qarşıya qoyulan məqsədlərdəndir.

Bununla yanaşı, ölkədə müasir sosial müdafiə sisteminin qurulması, yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti