...

Azərbaycan və Tacikistan prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə edilib

Cəmiyyət Materials 26 Oktyabr 2017 18:50 (UTC +04:00)
Tacikistanın Azərbaycandakı səfiri Baş Prokurorluqda olub
Azərbaycan və Tacikistan prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Baş prokuror Zakir Qaralov Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Rustam Soliyevlə görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Baş prokuror bildirib ki, hər iki dövlətin başçıları İlham Əliyevin və Emoməli Rəhmonun ciddi səyləri nəticəsində Azərbaycan-Tacikistan əlaqələri günü gündən inkişaf edir və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən səfir R.Soliyev iki dövlət arasında əlaqələrin regionda sülhə və tərəqqiyə xidmət etdiyini və əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti