...

Məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır

Cəmiyyət Materials 31 Oktyabr 2017 15:29 (UTC +04:00)
Azərbaycanda məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır.
Məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda məhkəmə çəkişmələrində nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etməyə icazə verilir.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti