...

Beynəlxalq Vizyon Universitetinin rektoru: UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2017 10:09
Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin nümayəndə heyəti UNEC-də səfərdədir.
Beynəlxalq Vizyon Universitetinin rektoru: UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin nümayəndə heyəti UNEC-də səfərdədir.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində iki ali təhil ocağı arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədə əsasən, müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsi həyata keçiriləcək. O cümlədən, tərəflər ortaq elmi tədqiqat aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər.

UNEC rektoru, professor Ədalət Muradov qonaqlara universitetin inkişaf strategiyasının istiqamətlərindən söz açıb. O, UNEC-in dünyanın tanınmış universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramlarından danışıb. Bildirib ki, UNEC xaricdə filialı olan və dörd dildə təhsil verən yeganə Azərbaycan universitetidir.

UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca rəhbərlik etdiyi ali məktəbin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib. “UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”, - deyə bildirən rektor Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan yüksək təəssüratla ayrıldığını qeyd edib.

Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar UNEC-in doktorantura təhsilini yüksək qiymətləndirərək, gələcəkdə bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti