...

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında dəyişiklik edilib

Cəmiyyət Materials 29 Noyabr 2017 20:17 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunu təsdqi edib.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında dəyişiklik edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında qanunu təsdqi edib.

Təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nın III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər fəslinin "Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı" qrafası aşağıdakı redaksiyada verilir:

Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları

xeyli miqdar

külli miqdar

(daxil olmaqla aşağı hədləri)

2-10 ədəd (4-20 hissə)

3-15 ədəd (6-30 hissə)

11 ədəd (21 hissə)

16 ədəd (31 hissə)

3-50 ədəd (6-100 hissə)

51 ədəd (101 hissə)

1 ədəd (2 hissə)

2 ədəd (4 hissə)

2 ədəd (3 hissə)

3 ədəd (5 hissə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti