...

Binəqədidə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2017 11:01 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Sonra söz Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərova verilib. Ə.Əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış edib.

Binəqədi Rayon Polis İdarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı çıxışında tədbir iştirakçılarına dini radikalizmin zərərli təsirləri haqqında məlumat verib. Həkim Narkoloq Bəhram Əhmədov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik? mövzusunda iştirakçılara narkotikin törətdiyi silinməz fəsadlar haqqında məlumat verib. Binəqədi rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova isə Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq, son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirib.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti