...

“TAC” gəncləri təcrübə proqramına qatılmağa dəvət edir

Cəmiyyət Materials 23 Yanvar 2018 20:55 (UTC +04:00)
“TAC” şirkəti “Könüllü ol, təcrübə qazan” layihəsini üzrə gəncləri təcrübə proqramına qatılmağa dəvət edir
“TAC” gəncləri təcrübə proqramına qatılmağa dəvət edir

Bakı. Trend:

“TAC” şirkəti “Könüllü ol, təcrübə qazan” layihəsini davam etdirərək 01.02.2018-ci il tarixindən etibarən gəncləri təcrübə proqramına qatılmağa dəvət edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, intizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan 18-30 yaş arası gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllülər şirkətin müxtəlif sektorlarında və xidmət bölmələrində 2 (iki) ay müddətində iqtisadiyyatçı, mühasib, hüquqşünas, avadanlıq üzrə operator, proqramçı, elekronçu, ticarət təmsilçisi, kimyaçı, texnoloq və ofis işçiləri kimi təcrübə keçmək imkanı qazanacaqlar. Hər bir könüllü gündəlik yol və nahar xərcləri ilə təmin ediləcək. Proqramın sonunda bütün iştirakçılara sertifikatlar veriləcək və ən yaxşı nəticələr göstərən gənclər ixtisaslarına uyğun olaraq “TAC” şirkətində daimi işlə təmin olunacaqlar.

Müraciət üçün namizədlər 31.01.2018-ci il tarixədək CV-ləri mövzu hissəsində “Könüllü” sözünü qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün (012)4472991; (050)2252767

«TAC» MMC əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 21 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı “Aquavita” və “Şahdağ” keyfiyyətli təbii mineral sular, geniş çeşiddə “Gülüstan” limonadları, “Jingo” təbii şirətərkibli içkilər, “Nicetea” soyuq çaylar və “Kvas” alkoqolsuz içkilər ilə təmin etməkdədir.

Xəbər lenti

Xəbər lenti