...

Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəmiyyət Materials 13 Fevral 2018 08:39 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb
Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Trend-ə DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti