...

Qlaukomanın müasir diaqnostikası və müalicəsi yolları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2018 16:59 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda qlaukomanın diaqnostikasından, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Mərkəzin Qlaukoma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, cərrah Fidan Ağayeva bildirib ki, qlaukoma xəstəliyi el arasında "qara su" kimi tanınsa da, kəskin qlaukoma tutması zamanı gözlər rəngi yaşıla çalır:

"Qlaukoma yunanca "qlaukos" sözündən götürülüb mənası "yaşıl" deməkdir. Qlaukoma zamanı göz daxili təzyiqin artması nəticəsində görmə siniri atrofiyalaşır və görmə funksiyaları pozulur. Məhz təzyiqin gözdə qan dövranını pozması nəticəsində korluq yaranır. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir".

Tədbirdə “Optik kohrenet tomoqrafiya”, “Qlaukomanın cərrahi müalicəsində Glauteks drenajın kliniki effektivliyi”, “Heydelberq retinotomoqrafiya” və s. mövzular üzrə məruzələr dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti