...

QMİ sədri: Azərbaycanda bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcək

Cəmiyyət Materials 28 Mart 2018 11:49 (UTC +04:00)
"Azərbaycanda bütün dindarlar qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcək".
QMİ sədri: Azərbaycanda bütün dindarlar prezident seçkilərində layiqli iştirak edəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bütün dindarlar qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcək.

Trendin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdır: "Biz seçkilərdə iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. Mən inanıram ki, bizim dindarlar seçimlərini edəcək. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti