ADU-da Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)

ADU-da Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılış mərasimində ADU-nun rektoru akademik K.Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın açılış mərasimində qonaqları görməkdən məmnun olduğunu bildirib. Azərbaycanda multkulturalizm və tolerantlıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qalxdığını bildirən rektor K.Abdulla Azərbaycanda bu sahədə aparılan siyasətin ölkə rəhbərinin digər ölkələrin də xalqlarına olan xoş məramını ortaya qoyduğunu deyib. ADU-nun tarixində bu kimi mötəbər tədbirin keçirilməsinin ilk olduğunu deyən K.Abdulla bu konfransın məqsədinin Ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi olduğunu bildirib. Rektor K.Abdulla 9 aprel-5 may 2018-ci il tarixlərini əhatə edəcək konfransa dəstək verən Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) minnətdarlıq edib. K.Abdulla konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə Azərbaycan Respublikasının Azərbaycan Dillər Universiteti ilə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında keçiriləcəyini diqqətə çatdırıb. O, bildirib ki, bölmələr Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti Universitetində “ADR - Şərqdə ilk demokratik respublikadır”, Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Türkiyənin Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universitetinin (Moldova) iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çin Xalq Respublikasının Xucjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi”, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiya Respublikası Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Almaniya Federativ Respublikasının Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçiriləcək. K.Abdulla bildirib ki, adıkeçən xarici universitetlərlə danışıqlar aparılıb və birgə fəaliyyət proqramı hazırlanıb, hər bölmədə Azərbaycan alimlərinin və Bakıda yekun plenar iclasda xarici universitet rektorlarının və nümayəndələrinin iştirakı nəzərdə tutulub. K.Abdulla konfransın bölmə iclaslarının baş tutacağı müvafiq universitetlərin Ümummilli lider Heydər Əliyevə olan dərin ehtiramlarının göstərilməsi ilə yanaşı, öz ölkələrinin multikultural dəyərlərindən bəhs etməkdə və “Azərbaycan multikulturalizmi” fənnin ölkələrində tədrisinə olunmasında maraqlı olduqlarını qeyd edib. K.Abdulla söyləyib ki, bu proyekt öz unikallığı ilə həm universitetlərarası münasibətlərin formalaşmasına, həm Ulu Öndərin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, həm də azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcəkdir. Bundan əlavə, konfransın universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə, həmçinin ölkələrarası əlaqələrin dərinləşməsinə və ölkəmizə olan diqqət və marağın artmasına xidmət etdiyini qeyd edən rektor K.Abdulla ADU-nun professor-müəllim heyəti ilə yanaşı, həmin universitetlərin elmi qüvvəsinin də cəlb olunduğunu söyləyib. Rektor K.Abdulla konfransın təşkilində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirib və konfransın işində uğurlar arzulayıb.

ADU tələbələri “Qaudeamus” tələbə himnini səsləndirdikdən sonra konfransın qonaqlarına söz verilib.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının digər millətlərlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi yönündə oynadığı vacib rolundan söz açıblar. Konfransın bu dəyərlərin genişmiqyaslı vüsət alması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edən qonaqlar konfrans haqqında dəyərli fikirlərini bölüşüb və konfransın işinə uğurlar arzulayıblar.

Konfransın tələbələrin həyatında oynayacağı əhəmiyyətli roldan danışan ADU-nun tələbəsi, Xəlifə rektor Nicat Aşurov və magistrant Leyla Cəfərova təşkilatçılara və konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfransın bölmə iclaslarının keçiriləcəyi universitetlərin rəhbərlərinin - Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin rektoru professor Viktor Anatolyeviç Kokşarov, Genoa Universitetinin beynəlxalq işlər üzrə prorektoru Andrea Trukko, Türkiyənin Ərciyəs Universitetinin rektoru professor Mehemmed Güven, Ərzurum Universitetinin rektoru professor Ömər Çelik, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun elmi işlər üzrə prorektoru Mixail Andreyevich Osadçiy, Moskva Dövlət Linqvistika Universitetinin rektoru professor İrina Arkadyevna Krayeva, Almaniya Federativ Respublikasının Ausburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf, Gürcüstanın İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetinin professoru Alessandro Fiqus, Roma Tre Universitetinin Təkmilləşmə şöbəsinin direktoru Massimiliano Fioruççi, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Baranova Natalya Petrovna – konfransla bağlı video-təbrikləri nümayiş olunub. Həmçinin, ADU-nun Beynəlxalq əlaqələr departamentinin müdiri Nigar Sultanova tərəfindən Çin Xalq Respublikasının Xucjou Universitetinin rektoru Liqin Zhang, Serbiya Respublikası Belqrad Universitetinin rektoru professor Vladimir Bumbaşiroviç Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetinin rektoru professor Vasko Roman Vladimiroviçin yazılı təbrikləri qonaqların diqqətinə çatdırılıb.

Sonda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın
Neft Fondu ötən ay 500 milyon dollar valyuta satıb
Neft Fondu ötən ay 500 milyon dollar valyuta satıb
Loading Bars
Xəbər lenti
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı növbəti AÇIQLAMA
15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)
Şərqi Avropada ilk qadın prezident kimi tarixə düşən Vaira-Vike Freiberqa 83 yaşını qeyd edir (FOTO/VİDEO)
Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir (FOTO/VİDEO)
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu müəyyənləşib
Dekabrın 2-də manatın dollara qarşı məzənnəsi
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA
NATO seminarında təxribata əl atan ermənilər susduruldu
Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb
BDU-dan qovulan tələbə bərpa edildi
Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür
Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı - Vüqar Rəhimzadə
Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL
Qazaxda qoruyucu maskadan istifadə etməyən 9 nəfərin sənədləri polisə göndərildi
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı
Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Azərbaycana dəstək sənədi qəbul edib
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI
İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq - Nazirlik
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Şabranda koronavirus xəstələri saxlanılıb (FOTO)
Azərbaycan Prezidenti: Bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var
Azərbaycan Prezidenti: Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, mən buna qəti etiraz etdim
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsini həll etdik, Dağlıq Qarabağ münaqişəsi yoxdur
Bugünədək qəbul məntəqələrinə təhvil verilən pambığın həcmi açıqlanıb
Azərbaycan Prezidenti: Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi
ETSN vakant vəzifələrə qəbul üçün müsabiqə elan edib
Prezident İlham Əliyev: Biz düşməni məcbur etdik, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı
Azərbaycan Prezidenti: Bölgəmizdə yeni reallıq yarandı, bu reallığı biz yaratdıq
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək
COVID-19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini keçdi
Azərbaycan Prezidenti: Həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, razılaşma ola bilməz
Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA
Prezident İlham Əliyev: Ermənistan hesab edirdi ki, bütün Laçın onlara dəhliz kimi verilməlidir, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi
Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib
Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib
Azərbaycan Prezidenti: Çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytaraq
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Bütün xəbərlər