...

Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq (ÖZƏL)

Cəmiyyət Materials 15 May 2018 17:25 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Onun sözlərinə görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid əlavə edib ki, Komissiyanın bügünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti