...

Nazir: Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək

Cəmiyyət Materials 24 May 2018 13:52 (UTC +04:00)
Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.
Nazir: Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır:

“Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti