Bakı. Maksim Tsurkov - Trend:
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “İrAero” şirkətinə Azərbaycana uçuşlar həyata keçirmək icazəsi verib.
Trend-in məlumatına görə, bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
Protokolda qeyd olunur ki, “İrAero” həftədə iki dəfə olaraq Çelyabinsk-Bakı marşrutu ilə müntəzəm reyslər həyata keçirə bilər.
Qeyd edək ki, mənzil-qərargahı İrkutskda yerləşən şirkət hazırda Krasnoyarskdan Bakıya uçuşlar keçirir.