...

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni kadr təyinatları olub

Cəmiyyət Materials 5 İyun 2018 17:14 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb.

Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva Bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.

İclasda İTV-nin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru B.Qasımovun sözlərinə görə, şirkətin İdarə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib: "İctimai Televiziya və Radioda hazırda peşəkar heyət çalışır. Biz daha yaxşı televiziya və radio yayımı təmin etmək məqsədilə peşəkarlığı ilə seçilən insanlarla əməkdaşlıqda maraqlıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti