...

Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - DİM-dən CAVAB

Cəmiyyət Materials 21 İyun 2018 17:25 (UTC +04:00)
Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - DİM-dən CAVAB

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələri yaxın 3 gün ərzində açıqlancaq.

Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, imtahanın nəticələri və sualların doğru cavabları DİM-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Ümumilikdə 64800 şagird imtahan verib (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti