...

Azərbaycanlı jurnalist və fəallar “Diasporun Dostları” klubunu yaradıb

Cəmiyyət Materials 18 İyul 2018 20:46 (UTC +04:00)
Dünyanın bir sıra ölkələrini təmsil edən bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən “Diasporun Dostları” klubu yaradılıb.
Azərbaycanlı jurnalist və fəallar “Diasporun Dostları” klubunu yaradıb

Bakı. Elçin Mehdiyev – Trend:

Dünyanın bir sıra ölkələrini təmsil edən bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən “Diasporun Dostları” klubu yaradılıb.

Trend-in məlumatına görə, “Diasporun Dostları” klubu xarici ölkələrdə yaşayan azərbaycanlıları, həmçinin həmvətənlərimizlə əməkdaşlıq, dostluq edən digər diaspor, lobbi təşkilatlarını əhatə edir.

Tək Azərbaycan mətbuatı ilə kifayətlənməyib, ABŞ, Kanada, Avropa, Türkiyə, Rusiya, Orta Asiya, Qafqaz ölkələrinin mətbuatı ilə birbaşa (xaricdəki əcnəbi jurnalistlər vasitəsi ilə) əlaqəni də əsas götürən klub dünyadakı diaspor təşkilatlarının fəaliyyətini bu əhatədə birləşdirməyi qarşısına məqsəd qoyub.

Klubun yaradılmasında məqsəd xaricdə yaşayan azərbaycanlıları, azərbaycanlılara dost xalqların nümayəndələrini müxtəlif layihələr və mövzularda bir araya gətirməkdir. Klub istər inzibatçılıqda, istərsə də üzvlükdə gələcəkdə Azərbaycan və digər ölkələrdən olan bir sıra jurnalistləri özündə birləşdirməyi nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti