...

Bu gün axşama doğru külək güclənəcək

Cəmiyyət Materials 5 Noyabr 2018 16:10 (UTC +04:00)
Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.
Bu gün axşama doğru külək güclənəcək

Bakı. Trend:

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-15, dağlarda 3-5 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti