Bakı. Taleh Mursaqulov - Trend:
Gələn ildən başlayaraq Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq.
Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə bu, fəal məşğulluğun təmin olunması ilə yanaşı, əməkhaqlarının ödənilməsi ilə bağlı işəgötürənlərin xərclərini azaldacaq.
Əməkhaqlarının subsidiyalaşdırılmasının üstünlüklərindən danışan S.Babayev qeyd edib ki, bu, sahibkarlara öz müəssisələrini genişləndirmək və inkişaf etdirməyə imkan verəcək.
Nazir əlavə edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluqla fəal mübarizə aparılır:
“Bu istiqamətdə görülmüş işlər nəticəsində əmək müqaviləsi ilə işləyən şəxslərin sayı 100 min nəfər artıb”.