...

Sosial şəbəkələrin qanunla tənzimlənməsi təklif edilir

Cəmiyyət Materials 1 Fevral 2019 13:22 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir.

Trend-in məlumatına görə, deputat Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir.

O qeyd edib ki, ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir: "Çünki, xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti