...

DTX-nin əməkdaşları ADU-da tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 2 Mart 2019 14:43 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüblər.
DTX-nin əməkdaşları ADU-da tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüblər.

Universitetdən Trend-ə verilən məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalq qarşısındakı xidmətlərindən bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş olunub.

Universitetin rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq universitetlə DTX arasındakı münasibətlər fonunda bu tip görüşlərin davamlı olacağına ümidvar olduğunu bildirib. O əlavə edib ki, DTX-nin ulu öndərin şəxsiyyətinə bəslədiyi hörmət, nəvazişli münasibət bizi təsirləndirir, qəlbimizi qürurlandırır. Çünki ulu öndər Heydər Əliyev də öz fəaliyyətinə məhz bu xidmətin sıralarından başlayıb və onun fəaliyyəti xalqımızın qəlbində yaşayır. Ümummilli liderin Azərbaycan naminə fədakarlıqla, usanmadan apardığı fəaliyyətdən söz açan rektor bildirib ki, biz bu xidmətlərə qiymət verməli, onun xatirəsini daim uca tutmalıyıq. “Ulu öndərin hakimiyyətə qayıdışı qəhrəmanlıq və şücaət nümunəsidir” – deyən rektor, bu qayıdışın ən möhtəşəm formasının Prezident İlham Əliyevin şəxsiyyətində özünü göstərdiyini bildirib.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən danışıb. O, ümummilli liderinin bu vəzifəyə təyin olunmasını milli təhlükəsizlik sahəsində yeni mərhələnin başlanğıcı kimi xarakterizə edib.

DTX-nın əməkdaşı Rasim Əmiraslanov xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti haqqında danışıb.

Tədbirdə tələbələri maraqlandıran suallar DTX-nın əməkdaşları tərəfindən cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti