...

Saxta sertifikatlarla bağlı xəbərdarlıq edildi

Cəmiyyət Materials 7 Mart 2019 17:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Agentlk bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.

AQTA bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti