...

Bakıda köhnə mənzillər bahalaşıb, yenilər isə...

Cəmiyyət Materials 8 Aprel 2019 16:15 (UTC +04:00)
Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.
Bakıda köhnə mənzillər bahalaşıb, yenilər isə...

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, martda təkrar mənzil bazarında qiymətlərdə 1.13 faiz, il ərzində isə 5.81 faiz artım olub.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3 faiz azalıb, lakin il ərzində 5.68 faiz artım olub:

"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".

N.İbrahimov həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 4.75 faiz, il ərzində 2.18 faiz artım olub.

N.İbrahimov qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti