...

Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı: Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək

Cəmiyyət Materials 22 Aprel 2019 10:52 (UTC +04:00)
Səhiyyə Nazirliyi Sabirabad Perinatal Mərkəzində İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızının yenidoğulan körpəsinin həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.
Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı: Həkim səhlənkarlıq  edibsə, məhkəmə qarşısında cavab verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Sabirabad Perinatal Mərkəzində İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızının yenidoğulan körpəsinin həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölümlə bağlı məhkəmə tibbi ekspertizanın verdiyi rəydən sonra hüquq-mühafizə orqanları işi araşdıracaqlar:

"Bu barədə məlumatı da onlar verməlidirlər. Əgər həkim səhlənkarlığı varsa, həkim məhkəmə qarşısında cavab verəcək".

Qeyd edək ki, İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə yeni doğulmuş nəvəsinin ölümü ilə əlaqdar müraciət edib. Şikayətçi nəvəsinin həkim səhlənkarlığından dünyasını dəyişdiyini iddia edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti