...

Bakıda güclü külək 5 ağacı aşırdı (FOTO)

Cəmiyyət Materials 27 May 2019 09:24 (UTC +04:00)
Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.
Bakıda güclü külək 5 ağacı aşırdı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti