...

İnstitut işçi axtarır

Cəmiyyət Materials 15 İyun 2019 14:30 (UTC +04:00)
Müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilər.
İnstitut işçi axtarır

Bakı. Trend:

AMEA Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, müsabiqə aşağıdakı vakant vəzifələri tutmaq üçün elan edilir:

- Dədə Qorqud şöbəsi: aparıcı elmi işçi – 1 yer;

- Mərasim folkloru şöbəsi: aparıcı elmi işçi – 1 yer.

Müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsər­lərin siya­hısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3x4 ölçüdə 2 şəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir:

Ünvan: Bakı şəh., İçəriçəhər, 8-ci Kiçik Qala döngəsi, 31, Folklor İnstitutu.

Tel.: (+994 12) 492 92 48

Məqalədə:
Xəbər lenti

Xəbər lenti