...

İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib

Cəmiyyət Materials 16 İyul 2019 11:54 (UTC +04:00)
İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib

Bakı. Trend:

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti