Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".
Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.