...

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2019 01:16 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin II kurs tələbələri və magistrları «Astrofizika» kafedrasının müdiri vəzifəsini icra edən dosent Kəmalə Alışeva və kafedranın müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə “Ümumdünya Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar
BDU-nun tələbələri  “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin II kurs tələbələri və magistrları «Astrofizika» kafedrasının müdiri vəzifəsini icra edən dosent Kəmalə Alışeva və kafedranın müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə “Ümumdünya Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.

Səfər zamanı tələbələrə maraqlı mühazirələr oxunub. Rəsədxananın "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, dosent Bayram Rüstəmov tələbələrə rəsədxananın strukturu və burada aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məlumat verib, "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri Ədalət Ətayi "Astronomiyanın tarixi" mövzusunda məruzə ilə çıxış edib.

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov qurumun 2 metrlik teleskopu və istifadə olunan astronomik cihazlar barədə tələbələrə ətraflı məlumat verib.

Böyük marağa səbəb olan rəsədxana ekskursiyası zamanı mövzular üzrə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşən Dəmirçi kəndinə səyahət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti