...

Zədə və dartılmalar zamanı nə etməli? (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2019 11:05 (UTC +04:00)
Qaçış, velosiped sürmə, futbol, voleybol, üzgüçülük – sevdiyimiz idman növləri hesab olunurlar. Ancaq təəssüf ki, çox vaxt idman oyunları zədələnmərə səbəb ola bilər.
Zədə və dartılmalar zamanı nə etməli? (FOTO)

Bakı. Trend:

Qaçış, velosiped sürmə, futbol, voleybol, üzgüçülük – sevdiyimiz idman növləri hesab olunurlar. Ancaq təəssüf ki, çox vaxt idman oyunları zədələnmərə səbəb ola bilər.

Zədələnmələrin rastgəlmə tezliyi. Hər birimiz nə vaxtsa zədə, dartılma və ya çıxıq kimi hallarla rastlaşmışıq. Yetkinlərin yaralanmalarının böyük əksəriyyəti məişət zədələri olur (halların 69,9%-i). İkinci yerdə küçə xəsarətləri (19,6%), üçüncü yerdə iş yerində baş verən xəsarətlərdir (4,1%). İdman zədələri ümumi xəsarətlərin 2-5%-ni (məişət, küçə, sənaye) təşkil edir. Xəsarətlərin bütün növlərində kişilər (xüsusilə 20-49 yaşlarında) liderdirlər. Qadınlar, daha ehtiyatlı olduqları üçün xəsarət almada kişilərdən xeyli dərəcədə geri qalırlar. Tez-tez aşıq-baldır və diz oynaqlarının dartılmalarına rast gəlinir.

Zədələnmə nədir və onun əsas əlamətləri hansılardır? Yıxıldıqdan və ya yöndəmsiz bir hərəkətdən sonra ətraflar sürətlə şişməyə başlayırsa, sakit vəziyyətdə və ya ağrıkəsici dərman preparatı qəbul etdikdən sonra ağrı varsa, mütləq həkimə müraciət etmək lazımdır. Zədələnmə zamanı dəri tamlığı pozulmadığı halda gözlə görünən qançır olur, elmi dildə buna hematoma deyirlər. Hematoma kapilyar qanaxma nəticəsində yaranır.
Zədələnmələr zamanı nə etməli? Zədə aldıqdan sonra ilk növbədə zədələnmiş oynağa rahatlıq verilməlidir. Şiddətli ağrı zamanı oynaqda hərəkətsizliyi təmin etmək lazımdır, bunun üçün xüsusi yumşaq fiksatorlar və ya elastik sarğı istifadə edə bilərsiniz. Sarğı qoyulduqdan sonra zədələnmə nahiyəsini soyutmaq lazımdır. Bunun üçün Sizə buz və ya su ilə dolu qab kifayət edər. Soyuğun təsirindən damarlar reflektor olaraq daralır, buna görə daxili qansızma sürətlə dayanır və ödemin böyüməsinin qarşısı alınır. Dartılmalar zamanı zədələnmə yerini isitmək və ovuşdurmaq olmaz. Bütün istilik prosedurları dartılmadan 3-4 gün sonra yerinə yetirilir. Alkoqol içkilərin istifadəsi tövsiyə edilmir, çünki onlar qan dövranını pozur. Şişkinliyi və ağrıları aradan qaldırmaq üçün yerli ağrıkəsici vasitələrə üstünlük vermək daha məsləhətdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün
+99455 254 77 00 (Whatsapp)
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.

Çatdırılma ÖDƏNİŞSİZDİR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti