• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

TƏBİB-in İdarə Heyətinə sədr təyin edilib

2 Dekabr 2019 15:56 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.

O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir.

R.Bayramlı çoxsaylı tibbi məqalələrin, dərs vəsaitlərinin və dərsliyin müəllifidir. O, Türkiyə Respublikasının İstanbul və Ondokuz Mayıs Universitetlərində elmi-tədqiqat işlərini yerinə yetirib, ixtisasartırma kursları keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 20 dekabr tarixində ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə Agentliyin nəzdində TƏBİB-in yaradılması haqqında Fərman imzalayıb.

2020-ci ildən TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarəedilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirəcək.

TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Digər xəbərlər
“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib (FOTO)
Cəmiyyət 2 Dekabr 20:25
İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə dəyişiklik təklif olunur (ÖZƏL)
Cəmiyyət 2 Dekabr 19:30
İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi təklif olunur
İqtisadiyyat 25 Noyabr 17:12
Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur
İqtisadiyyat 22 Noyabr 13:56
İcbari tibbi sığorta tətbiq olunan xəstəxanalarda 7428 cərrahi əməliyyat aparılıb
Cəmiyyət 21 Noyabr 11:24
Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Cəmiyyət 20 Noyabr 17:45
Xəbər lenti
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
İdman 04:14
Kimyəvi məddə daşıyan sisterna aşıb, ölənlər var
Dünya xəbərləri 03:13
İsrail ordusu Qəzza zolağından atılan iki raketi vurub
Dünya xəbərləri 02:11
Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri 01:12
Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı
Hadisə 00:15
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq (FOTO)
Cəmiyyət 7 Dekabr 23:35
Yeni pilotsuz uçuş aparatı təqdim edildi - Qonşu ölkədə
Dünya xəbərləri 7 Dekabr 23:10
Balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
Dünya xəbərləri 7 Dekabr 22:33
Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib (FOTO)
Cəmiyyət 7 Dekabr 22:02
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri