...

Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Cəmiyyət Materials 7 Dekabr 2019 17:54 (UTC +04:00)
Nazirlər Kabineti 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.
Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Bakı. Trend:

Nazirlər Kabineti 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Sənədə görə, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti