...

Məleykə Abbaszadə: Qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər yüksək deyil

Cəmiyyət Materials 18 Dekabr 2019 14:30 (UTC +04:00)
Azərbaycanda qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər o qədər də yüksək deyil.
Məleykə Abbaszadə: Qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər yüksək deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər o qədər də yüksək deyil.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər bir məzunun qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansı var:

"Həmin imtahanın haqqı dövlət büdcəsinin hesabına ödənilir. Qəbul imtahanlarında ilk dəfə iştirak edən hər bir məzun imtahanlara pulsuz qatılır. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər imtahanda iştirak üçün rüsum ödəyirlər. Yeni imtahanları və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandı. Özbəkistanda bu qiymətlər orta əməkhaqqının yarısını təşkil edir".

M.Abbaszadə əlavə edib ki, imtahanın qiyməti prosesin keçirilməsinə sərf olunan vəsaitdən asılıdır.

DİM sədri qeyd edib ki, yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda isə imtahan qiymətlərini aşağı salmaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti