...

Azərbaycan Vokalçıları Festivalı çərçivəsində açıq ustad dərsi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2019 14:15 (UTC +04:00)
Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında vokal kafedrasının dosenti, əməkdar artist Anar Şuşalının tələbələri ilə açıq ustad dərsi keçirilib.
Azərbaycan Vokalçıları Festivalı çərçivəsində açıq ustad dərsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında vokal kafedrasının dosenti, əməkdar artist Anar Şuşalının tələbələri ilə açıq ustad dərsi keçirilib.

Trend-in məlumatına görə, təlim zamanı vokal sənətinin sirlərindən bəhs olundu, tələbələrin sualları cavablandırılıb.

Açıq ustad dersindən sonra Milli Konservatoriyanın müəllim və tələbələrinin ifalarından ibarət konsert təqdim olunub. Ön sözlə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edib. Festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb, Azərbaycanda ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Konsertdə Azərbaycan və dünya klassik inciləri ifa olunub. Konsertdə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Konservatoriyanın tələbələri çıxış ediblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti