...

Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edir

Cəmiyyət Materials 13 Yanvar 2020 15:15 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar loqotipin hazırlanması üçün dizayner, rəssam və yaradıcı gənclər arasında müsabiqə elan edir.
Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edir

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar dizayner, rəssam və yaradıcı gənclər arasında loqotipin hazırlanması üçün müsabiqə elan edir.

Bu barədə Trend Nazirliyə istinadən xəbər verir.

Loqotip məhz 02.02.2020 tarixini əks etməlidir.

Təkliflər 18 yanvar 2020-ci il tarixədək qəbul olunur.

Nazirlikdən bildirilir ki, işlər .jpg və cdr formatında [email protected] elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir.

Seçilmiş loqotipin qalibinə 1000 manat dəyərində pul mükafatı və diplom təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti