...

Zaqatala gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində daha bir ailəyə baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2020 12:32 (UTC +04:00)
Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.
Zaqatala gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində daha bir ailəyə baş çəkiblər (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsü çərçivəsində Zaqatala gəncləri daha bir ailəyə baş çəkiblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən Trend-ə bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar.

Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə #könüllüqonaq qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti