...

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşır - Təmir işləri aparılacaq

Cəmiyyət Materials 31 Yanvar 2020 12:57 (UTC +04:00)
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yolları seçmələri tövsiyə edilir
Paytaxtın bu küçəsində hərəkət məhdudlaşır - Təmir işləri aparılacaq

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Trend “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti