...

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

Cəmiyyət Materials 11 Fevral 2020 10:10 (UTC +04:00)
Brüssel şəhərində “Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində iqlim dəyişmələri sahəsində tədrisin və məlumatlılığın artırılması” mövzusunda keçirilən seminarın canlı yayımını təşkil edib.
Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə Belçikanın Brüssel şəhərində “Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində iqlim dəyişmələri sahəsində tədrisin və məlumatlılığın artırılması” mövzusunda keçirilən seminarın canlı yayımını təşkil edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Brüssel seminarının məqsədi əhali arasında iqlim dəyişmələrinə dair məlumatlılığı artırmaq, insanların gündəlik davranışlarında dəyişikliklərə nail olmaq və vətəndaşları bu prosesə daha aktiv şəkildə cəlb etmək üçün imkanları müzakirə etməkdir.

ETSN-də təşkil olunan canlı yayımdan əvvəl Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas çıxış edərək qlobal iqlim dəyişmələri və onun təsirləri, bu təsirlərin azaldılması istiqamətində Azərbaycanda və Avropa ölkələrində görülən işlər barədə məlumat verib, Brüssel seminarından irəli gələn tövsiyələrdən yararlanmaq üçün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, "Gənc Avropa Səfirləri", Nazirliyin gənc mütəxəssisləri, eko-könüllülər və QHT nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti